"Bu vintə “çörək vinti” deyirlər - sağa çevirəndə çox göstərib az vurur"

25-12-2021, 00:01           
"Bu vintə “çörək vinti” deyirlər -
Sürücülər çox zaman YDM-lərin fəaliyyətindən narazılıq edir. Yanacağın göstərildiyindən az vurulması, keyfiyyətsiz olması və s. bu və ya digər çatışmazlıqlar sürücüləri narahat edir, avtomobilləri sıradan çıxarır. Ölkədə müstəqil ekspertiziya, müstəqil labaratoriyalar olmadığı üçün YDM-lərdə olan bu problemləri üzə çıxarmaq isə, müşkülə çevrilib. Qazanan YDM-lər olsa da, zərəri sadə vətəndaş görür.
“Yanacaqdoldurma məntəqələri (YDM) ilə bağlı mənə hər ay iki telefon zəngi olur. Yazılı müraciətlər çox az olur. Yazılı müraciət olduğu zaman, biz vətəndaşların hüquqlarını qoruya bilirik. Hazırda qaz YDM-si ilə bağlı bir işimiz məhkəmədədir. İş bir ildir ki, uzanır”.

Bu barədə Bizimyol.info saytına “Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov məlumat verib. O, qeyd edib ki, hazırda YDM-lərdə olan problemlər yanacağın keyfiyyəti, təkcə ayrı-ayrı istehlakçılara yox, eləcə də avtomobil biznesi ilə məşğul olan, xüsusilə servislərə böyük zərər vurur.

“Yeni avtomobil satılır. Onun Bakıda servis mərkəzi var. Benzinin keyfiyyətsizliyindən avtomobil sıradan çıxır. Zəmanət müddətində vətəndaş, hətta avtomobilinin mühərrikini dəyişdirməyi də düşünür. Servis mərkəzləri məcbur olub dəyişir, ancaq qorxduqları üçün yanacağın keyfiyyətsiz olduğunu deyə bilmirlər. Ölkədə müstəqil ekspertizanın olmadığı üçün servislə məşğul olan bu mərkəzlərin qorxaqlığı nəticəsində, əslində yanacağın keyfiyyətsiz olması məsələsi ictimaiyyətə çıxmır və servis mərkəzləri böyük xərcləri də öz üzərinə götürüb edir”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycana gətirilən son nəsil avtomobilləri yanacaq qısa bir müddətdə sıradan çıxarır.

Hər zaman istehlakçıların zəngləri və şikayətləri əsasında araşdırmalar apardığını deyən ekspert vurğulayır ki, bəzən YDM-lərdə avtomobillərin benzin çəninə tutumundan çox benzin vurulması ilə bağlı şikayətlər də daxil olur. Bununla yanaşı, keyfiyyət məsələsi və digər problemlər var.

“Məsələn, Azpetrol YDM-lərində kassa çeklərində ödənilən pulun miqdarı uzun illərdir ki, göstərilmir. Yazılır ki, məsələn 100 manat verildi-30 manat geri qaytarıldı. Gərək istehlakçı ödədiyi məbləği özü hesablasın. Biz dəfələrlə vergi orqanlarına müraciət etmişik ki, burada kassa aparatları düzəldilsin”,- deyən ekspert qeyd edir ki, YDM-lərdə olan aparatların yanacağı az vurması ilə bağlı da şikayətlər olur.

“Həmin aparatlarda bir vint var. YDM-lərdə işləyənlər öz aralarında bu vintə “çörək vinti” deyirlər. Sağa çevirəndə çox göstərib az vurur. Bu işlərə, dövlət orqanları nəzarət etməlidir”,- deyə bildirən E.Hüseynov deyir ki, YDM-lərə ictmai nəzarət vacibdir. Amma təəssüflər olsun ki, SOCAR hələ də ictmai Şura yaratmayıb. Bütün problemlərə ictmai nəzarətlə son qoymaq mümkündür.

İlahin, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.