Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ: əks təqdirdə...

26-12-2021, 09:32           
Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ:
İstifadə müddəti bitmiş bank kartını sadəcə atmaq olmaz, ondan əvvəl onu kəsmək lazımdır.

Publika.az xəbər verir ki, bu barədə "PG Partners" hüquq firmasının baş idarəedici partnyoru Peter Qusyatnikov danışıb.

"Prime" agentliyi ilə söhbətində ekspert izah edib:

"Kartı kəsmək lazımdır ki, fırıldaqçılar kartda saxlanan məlumatlara, məsələn, hesab nömrəsinə çıxış əldə etməsinlər. Məlumatda rəqəmsal və əlifba kodları, maqnit zolağı və holoqramlar var. Onları məhv etmək lazımdır".

"Əgər siz artıq kartdan istifadə etmək niyyətində deyilsinizsə, o zaman onun bağlandığı hesab bağlanmalıdır, xüsusən də kart kredit kartıdırsa", - Qusyatnikov bildirib.

Vkil izah edib ki, əks təqdirdə hesaba xidmət şərtləri avtomatik olaraq uzadıla bilər və sonra siz onun xidmət haqqını ödəməli olacaqsınız. Hesabda pul yoxdursa, cərimələr tutulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru