Sabirabadda 2500 sakini olan kənddə həkim tapılmır? - VİDEO

27-12-2021, 17:47           
Sabirabadda 2500 sakini olan kənddə həkim tapılmır? - VİDEO
Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir.

2500 nəfərdən çox əhalisi olan kəndin sakinləri deyir ki, problemləri xirtdəyə kimidir. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hər yerdən əli üzülün kənd sakinləri Baku TV-yə üz tutublar.

Deyirlər ki, kənddə nə həkim var, nə də tibb məntəqəsi. Kənddə bir tibb məntəqsinə oxşar tikili var ki, onu da sakinlər öz vəsaitləri hesabına inşa etdiklərini bildirirlər. Onun da qapıları bağlıdır.
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.

Ətraflı süjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru