“Bazarstore”da ikinci dəfə eyni NÖQSAN

29-12-2021, 17:51           
“Bazarstore”da ikinci dəfə eyni NÖQSAN
“Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

TEREF.AZ lent.az-a istinadən xəbər verir ki, yoxlama zamanı “Bazarstore” supermarketində karantin qaydalarının pozulması aşkarlanıb. Bu səbəblə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, təkrar törədildikdə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib.

Qeyd edək ki, həmin maddə ilə “Bazarstore”u 400 manat məbləğində cərimə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru