Bakıda təşkil olunan kənd yarmarkaları sadəcə görüntüdür – Ekspert

30-12-2021, 07:13           
Bakıda təşkil olunan kənd yarmarkaları sadəcə görüntüdür – Ekspert
“Yeni il Bayramı ilə əlaqədar Bakıda təşkil olunan yarmarkalar sadəcə görüntüdür”.
Bunu açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, yarmakarlarda satılan məhsullar keyfiyyətsizdir:
“Bu yarmarkaların təşkili Kənd Təsərrüfatı Nazirliyinə lazımdır. Guya bunlar məhsul satışı ilə məşğuldurlar, onun Bakı şəhərinə gətirililməsini və ucuz satılmasını təşkil edirlər”.
Yarmarkalarda bahalaşma nə qədər davam edəcək?
Vahid Məhərrəmov bildirib ki, yarmarkaların efirlərdə reklamı gedir:
“Əhalini cəlb edirlər, çağırırlar. Əhali hələ inanır. O ki, qaldı həmin bazarlarda satılan məhsulun keyfiyyətinə, onlar da bazarda təklif olunan keyfiyyətsiz malın səviyyəsindədir. Yarmarkada məhsulun keyfiyyəti aşağıdır, ikincisi, qiymətlər bazardan bahadır, üçüncüsü, alıcılar da bir o qədər deyil. Məhsulların qiymətinin artmasına gəlincə, bu, bayram gününə kimi davam edəcək”.
aktualinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru