Balığın qiymətində fantastik artım: 25 manatdan 70 manata qədər

30-12-2021, 07:17           
Balığın qiymətində fantastik artım:
Yeni il bayramı ilə əlaqədar Salyanda balıq və balıq məhsullarının qiymətində fantastik artım müşahidə olunur.
Salyan sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, bayram süfrəsinin bəzəyi olan kütümün 1 kilosu hazırda 25 manata satılır.
Bayramqabağı olduğundan bazarda dadlı kanal kütümünü tapmaq qeyri-mümkündür.
Bundan əlavə, ilanbalığının 1 ədədinin qiyməti 1 manat 50 qəpiyə, Şirvankanal balığının 1 kilosunu heç 25 manata da tapmaq olmur.
Bazarlarda daha çox satılan balıq çəki və vobladır. Çəkinin bir kloqramı 15 manata satılır. Amma bazarda həm də damba çəkiləri üstünlük təşkil edir. Onun da bir kilosu 7 manata satılır. Vobla balıqlarının 1 kilosu 6 manatadır.
Salyan sakinləri onu da bildirir ki, bayram süfrəsinin daha bir bəzəyi olan nərə balığının bir klosu 60-70 manata satılır.
Bu balıq bazarlarda demək olar ki, yoxdur. Bir başa dənizdən saray və restoranlara aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru