Konstitusiya Məhkəməsi də qazinin şikayətini araşdırmaqdan imtina edib ki, işin faktiki hallarına toxunulub. (? )

30-12-2021, 17:07           
Konstitusiya Məhkəməsi də qazinin şikayətini araşdırmaqdan imtina edib ki, işin faktiki hallarına toxunulub. (? )
3-cü şəxs Qarabağ qazisinin kassasiya şikayəti vermək üçün vəkillə təminatı barədə ərizəsinə isə Məhkəmə Hüquq Şurasına, Ombudsmana, ali dövlət hakimiyyəti orqanlarına 2 illik çoxsaylı şikayətlərindən sonra 05.08.2021-ci ildə baxılıb və. .. Rəşad Həsənov, Məmməd Məmmədov və Vəfaddin İbayevdən ibarət üçlük vəkil ayrılmasından imtina edib. Səbəb kimi, 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarovun məhkəməyə məktub verməsi göstərilir. Guya 09.01.2019 tarixli qərardadla 3-cü şəxs Qarabağ qazisinə vəkil edilmiş Eldar Əliyarov qazinin telefona cavab verməməsi nədəni ilə şikayəti yaza bilməyib. Bəyəm şikayət telefonla yazılır və vəkilin zəngi necə sübut olunur? Ən başlıcası, Elşad Şamayev 29.08.2019 tarixli qətnaməsindən 8 ay qabaq- 09.01.2019-cu ildə kassasiya şikayəti verilməsi üçün vəkili necə ayıra bilər? Deyə bilərsiniz ki, texniki yanlışlıq olub, axı texniki yanlışlıq bir dəfə olar, Rəşad Həsənovun 05.08.2021 tarixli vəkil ayrılmasından imtina edən qərardadında bütün hallarda bir neçə dəfə 09.01.2019 tarixli qərardadla vəkil ayrılması vurğulanıb. Yəni, cinayətkar saxtalıq, vətəndaşın məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyulması göz önündədir. Ümumiyyətlə, 3-cü şəxs Qarabağ qazisinin tələbi üzrə heç bir qərar qəbul edilməyib. 9 saylı vəkil bürosu indi də şikayəti yazmaqdan imtina edir ki, iş üzrə heç bir qərar qəbul edilməyib və yataq xəstəsi Qarabağ qazisi yenə də telefona cavab vermir. Qarabağ qazisinin başqa bürodan vəkil ayrılması tələbinə isə elə cavab verilir ki, bilmirsən, Vəkillər Kollegiyası məhkəməyə vəkillik edir, yoxsa məhkəmədə müdafiəçiyə ehtiyacı olan Qarabağ qazisinə? ! Ötən gün Ombudsmanın sorğusuna cavab olaraq, VK-nın müavini Aydın Axundov bildirib ki, 06.08.2021 tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün qaziyə vəkil ayrılıb və yazılıb. Özbaşınalığa baxın, qazi 05.08.2021 tarixli qərardadla ona vəkil ayrılmasından imtina edilməsindən şikayət edir, Vəkillər Kollegiyasının müavini isə 06.08.2021 tarixli qərardaddan danışır. Belə hüquqla, belə müdafiə saxtakarlığı ilə 3-cü şəxs Qarabağ qazisinə heç pələng ilində də vəkil ayrılmasına ümid yoxdur.



Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.