Devalvasiya gözləntisi: - Manat dolların təzyiqinə nə qədər dözəcək?

6-01-2022, 14:08           
 Devalvasiya gözləntisi: -
Son zamanlar ölkədə istehsal məhsullarının, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir.

Bu özünü həm yerli istehsal həm də idxal məhsullarda göstərir. Həyat üçün əhəmiyyətli sayılan çörəyin və unun bahalaşması isə, əhali tərəfindən birmənalı qarşılanmır.

Hazırda əhali arasında yenidən devalvasiya olacağına dair narahatlıq yaşanır. İddialara əsasən manat dollar qarşısında dəyər itirə bilər.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Azərbaycanda devalvasiya ehtimalı varmı? TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Eyyub Kərimli Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda devalvasiyanın baş verməsi üçün əsas yoxdur:

“Hesab edirəm ki, manatın digər valyutalara, əsasən də dollara qarşı məzənnəsinin dəyişdirilməsi üçün ciddi ehtimallar azdır. Lakin devalvasiyanın iki forması var: lokaniki valyutaya olan məzənnənin nisbəti və manatın alıcılıq dəyəri.

Əlbəttə ki, manatın alıcılıq dəyəri azalıb. Lakin yaxın 6 ayda məzənnə dəyişikliyinin yaşanacağını düşünmürəm. Çünki ölkəmizin əsas ixrac potensialını təşkil edən neftin qiyməti də bu gün 84 dollar civarındadır.

Həmçinin, Qazaxıstanda gedən proseslər də dünyada neftin qalxmasına səbəb olacaq. Ona görə də hazırda manata və ölkə iqtisadiyyatına təzyiqlər hələ azdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.