2 milyon, 74 minlik yeni və dəbdəbəli məscid: Şuşaya lazımdırmı?

6-01-2022, 17:47           
2 milyon, 74 minlik yeni və dəbdəbəli məscid:
Bildiyiniz kimi, bu ilin 12 mayında Şuşada yeni məscidin təməlqoyma mərasimi oldu. Məscid Şuşanın noyabrın - 11-ci ayın 8-də azad edilməsini və Zəfər Gününü simvolizə edir, 8 rəqəmi və minarələri isə 11 rəqəmi şəklində olacaq.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Uni Construction” MMC olub. Həmin MMc-yə məscid tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin aparılması üçün işə görə MMC-yə 2 milyon 74 min 28 manat 65 qəpik ödəniləcək.
Hələ Şuşada lap qədimdən 17 məscid olub ki, onların hər biri tarixi abidədir. Şuşalılar hər zaman bu məscidlərdə dini ayinlərini həyata keçiriblər. Qeyd edək ki. 17 məsciddən hələ ki heç biri təmir olunmayıb. Yuxarı Gövhərağa məscidi isə 2019-cu ildə farsların və ermənilərin təşəbbüsü ilə “fars məscidi” kimi təmir olunduğu üçün o məscid elə də böyük dağıntıya məruz qalmayıb, yararlıdır..

Mən yeniliyin, möhtəşəmliyin əleyhinə deyiləm! Əksinə, vətənimdəki hər tikinti ürəyimi qürur hissi ilə doldurur. Amma 2 milyon 74 min manatı dəbdəbəli məscidə xərcləyib, Şuşanın ümumi görnüşünü, qədimliyini pozmaqdansa qəbim tarixi tikililər olan, erməni vəhşiliyi nəticəsində dağıdılmış digər 16 məscidi təmir etdirmək daha məqsədəuyğun olardı.
Həm büdcəmiz qazanardı, həm tarixi abidələrimiz görünüşünə qayıdardı, həm də Şuşa elə tarixi turizm məkanı kimi şöhrətini özündə saxlayardı...
Fikirlərimi qəbul etməyənlər ortaya məntiqli səbəb qoysunlar.
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.