Nəcməddin Sadıkovun biznes ortağı hərbçilərə QARŞI... - NARAZILIQ!

6-01-2022, 18:13           
Nəcməddin Sadıkovun biznes ortağı hərbçilərə QARŞI... - NARAZILIQ!
Zabitlər üçün “Salyan kazarması”nın ərazisində, Akademik Şəfayət Mehdiyev küçəsində tikilmiş evlərə köçməyə icazə verilmir. DİA.AZ xəbər verir ki, bu barədə Yenicag.az-a zabitlər məlumat veriblər.

Məlumata görə, evlər artıq iki il əvvəl təhvil verilməli idi, ancaq hələ də binalarda yaşamağa icazə verilmir.

Binalardan mənzil almış zabitlərin sözlərinə görə, evlərin bir çoxunu hətta özləri təmir ediblər. Ancaq bəzi zabitlər evlərin pulunu tam ödəyə bilmədiyi üçün heç kimi öz evinə köçüb yaşamağa qoymurlar.

Məlumata görə, həmin binaları sabiq deputat Xəlilbəy Günəşovun sahibi olduğu “Zəfər” Mənzil-Tikinti Kooperativi tikib. Zamanında sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıkovla yaxın münasibəti olan sabiq deputat Xəlilbəy Günəşov bu tenderin qalibi olub. Xəlilbəy Günəşov binalardan ev almış zabitlərə öz evlərində yaşamağa icazə vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru