""Tarqovı" mifik-fahişə şəhərin guşələrindən birini xatırladır" - Yazıçı "od püskürdü"!

12-05-2022, 19:26           
""Tarqovı" mifik-fahişə şəhərin guşələrindən birini xatırladır" - Yazıçı "od püskürdü"!
"Bu cür statusları yazmağı xoşlamıram, amma bu dəfə özümü məcbur elədim. Mənim "Tarqovı"dan yolum düşən deyil, ancaq bu dəfə Şeytan aldatdı, yəqin. Axşam gördüklərimdən heyrətə gəldim. Bu küçə, sanki hansısa bir mifik-fahişə şəhərin guşələrindən biriydi".
Teref.az "Sherg.az"a istinadən xəbər verir ki, bu barədə yazıçı Elçin Hüseynbəyli özünün Feysbuk profilində yazıb. O qeyd edib:
"Hara baxırsan ərəb və onların qoluna girən fahişəkimilər. Mağaza və kafelərdə yalnız ərəb musiqisi. Bir zamanlar Braziliyanın paytaxtını pozğunluqda ad çıxartdığına görə dəyişmişdilər. Mən mağazalardan birinə girdim və ərəb musiqisini türk musiqisinə dəyişdirdim. Təbii, əsəbi şəkildə. Cavid Zeynallı şahidlik edə bilər. Bu biabırçılığa son qoyulmalıdır və təbii ki, bunun günahkarı Bakı şəhər rəhbərliyi və polisdir. Bu məsələlərdə müsəlmançılığı araya soxmağın yeri də yoxdur. Ərəblər özləri də bir işə yaramırlar!".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru