"Bunun bir adı var - oğurluq, talançılıq" - İqtisadçıdan AZAL-a ittiham

18-05-2022, 12:36           
"Bunun bir adı var - oğurluq, talançılıq" -
"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən. Söhbət analoqu olmayan AZAL-dan gedir".

Teref.az "Unikal"a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb:

"Bundan başqa, AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var - oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru