"Talıstan Forest Park"da rəsmi quldurluq - BUNUN BAŞQA ADI YOXDUR...

28-06-2022, 09:18           
"Talıstan Forest Park"da rəsmi quldurluq -
"Şikayətim İsmayıllı rayonunda yerləşən "Talıstan Forest Park"dandır. Dünən (srağagün -dia.az) 26 nəfərlə öncədən rezervasiya edib bu məkanda istirahət etməyə gəlmişdik..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sevinc Hüseynova adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Menyunu öncədən set-menyu şəklində sifariş vermişdik. Menyuya daxildir:hər adama 1 ədəd lülə, tikə, toyuq (orda olan tikə və toyuq heç normalda restoranda yeyilməyən stolda qalan yalnız sümükdən ibarət idi), əlavə stola ümumi 4-5 porsiya acika, pendir, şor, pomidor,xiyar və cola, sirab, düşes qoyulmuşdu. Və bu menu adambaşı 20 man idi. Uşaq menyusunu çıxmaq şərtilə tək 21 nəfər böyük 420 manat edir. Menyuya baxıb stoldakilari set şeklinde yox ayrı-ayri hesabadiq heç 300 manat etmirdi. Halbuki heç orda 8 şiş kabab yox idi. Administratoru çağırıb sözümüzü deyəndə min bəhanə gətirdi. Əvvəl dedi siz düz hesablamamisiz, sonra dedi siz set istəmişdiz set baha olur. Nə əlaqəsi var? Əsas ümumi qiymətdir ki, nə qədər bahasına hesab istəyirsiz. İnsanları nə hesab bunlar anlamıram. Heç təmizliyindən və yeməklərin keyfiyyətindən də razı qalmadım. Kim getməyi düşünürsə, gedib bizim kimi peşman olacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.