Hökumətin Qazilərə münasibəti YAXŞIDIRMI? - Camaat necə düşünür...
13-07-2022, 09:19
Sosial şəbəkələrdə vətəndaşlar hökumətin qazilərlə bağlı siyasətini tənqid edir. Onlar yazır ki, hökumət müharibə iştirakçılarına kifayət qədər müavinət vermir, onların psixoloji reabilitasiyasını həyata keçirmir.
DİA.AZ xəbər verir ki, müharibədən sonra qazilər arasında 50-yə yaxın intihar cəhdi qeydə alınıb. Hökumət rəsmiləri isə bildirir ki, qazilərin problemlərinə həssas yanaşırlar və onlardan gələn bütün müraciətləri həll etməyə çalışırlar. Biz isə Bakı sakinlərindən soruşduq ki, hökumətin qazilərlə bağlı siyasətini necə dəyərləndirirlər?