"Getsin qarşısındakını, onu o həddə çatdıranı yandırsın..." - ETİRAZ

13-07-2022, 16:19           
"Getsin qarşısındakını, onu o həddə çatdıranı yandırsın..." - ETİRAZ
Məlum olduğu kimi, Sabirabad rayon icra başçısının onu qəbul etmədiyindən şikayətlənən və bundan sonra özünü yandıran “Mauqli” ləqəbli qazimiz Elvin Cəfərov 5 saylı xəstəxanada dünyasını dəyişib. Qazinin ölümü sosial şəbəkə seqmentində böyük rezonans doğurub.

İzləyicilər onun ölümündə məmurları qınayıb. Qınaqlar içərisidə bəzi qazilərin Elvinin ölümünə səssiz qalması da yer alıb. Hətta izləyicilər hər iki ayağını itirmiş qazi Camal Alxasovun oliqarx həyat sürdüyünü iddia ediblər. Bəzi qazilər isə digər qaziləri Elvinin ölümünə münasibət bildirmədiklərinə görə onları "Facebook" da dostluqdan çıxarıblar. TEREF xəbər verir ki, bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olmuş, bir gözünü döyüş əməliyyatlarında itirmiş qazi Kamil Musəvi Cebhe.info-ya danışıb:

"Mənim üçün maraqlıdır, hansısa qazini tənqid edən insan onun tərəfini tuturmu? Camal həyatdan təcrid olan, yarımcan insandır. Ona maşın veriləndə mən bildim ki, onu nə vaxtsa təndiq eliyənlər olacaq. Bu, düzgün yanaşma deyil. Həmin insanlar deyirlər ki, qazilər yaxşı yaşamalıdır, onlara hər şey verilməlidir. Dünyanın ən gözəl saraylarında yaşamalıdırlar. Camala maşın veriblər, indi də deyirlər ki, oliqarx həyat yaşayır, bahalı restoranlarda oturur. Bəs demirdiniz, hər şeyin ən yaxşısı qazinin olmalıdır? Bu da qazidir də. Bu yazıq nə etsin ki, digər qazilərə bu şeyləri etmirlər? Bu, o qazinin günahıdır? Həm deyirlər ki, qazi yaxşı yaşamalıdır, həm də yaxşı yaşayanda da deyirlər ki, niyə belə olmalıdır?"

Kamil Musəvi dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qazilərin keçirdikləri aksiyalarda iştirak etdiyini, onlara dəstək olduğunu bildirib:

"Elə bir vaxt olmayıb ki, mən qazilərin aksiyasında olmayım. Nə oldu, on min dəfə dəstək verəndə görmədilər, indi Elvinə dəstək verə bilməmişik, tez danışıdlar?"

Qazi bu gün Milli Məclisin qarşısında Elvin Cəfərovla bağlı keçirilən aksiyaya qoşulmamasını bu cür izah edib:

"Bir səbəbi budur ki, qazinin özünü yandırmağını düzgün hesab etmirəm, qəbul edə bilmirəm. Getsin qarşısındakını, onu o həddə çatdıranı yandırsın. Yandırmaq istəyirsənsə, get onu yandır də. Özünü niyə yandırırsan?! Allah Qurani-Kərimdə insanı od-alovla qorxudur. Amma biz od-alovla canımıza qəsd edirik. Niyə? Sən erməninin üzərinə getmisən qorxmamısan, amma hansısa məmurun səni bu həddə çatdımağının qarşısında aciz qalıb özünü yandırırsan. Olmaz belə şeylər! Dəfələrlə demişəm, mən belə şeyləri qəbul etmirəm. Hə də elə qaziyə baxıb digərləri də özünü yandırır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.