Taleh Ziyadov: "Xəzərdə suyun azalması Bakı Limanının işinə təsir etməyib"
15-07-2022, 18:34
"Xəzər dənizində suyun səviyyəsinin azalması Bakı Limanının fəaliyyətinə təsir göstərməyib".
Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Türkiyənin "Albayrak" şirkətlər qrupu ilə əməkdaşlığa dair müqavilənin imzalanması mərasimindən deyib.
"Xəzərin səviyyəsinin müxtəlif dövrlərdə enməsi və yüksəlməsi müşahidə olunub. Hazırda enmə var. Bakı Limanının kanalının dərinliyi 7 metrə yaxındır ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırki durum Azərbaycana Mərkəzi Asiyadan dəniz daşımalarına problem yaratmır və önümüzdəki illərdə də hər hansı çətinlik gözlənilmir", - deyə o, qeyd edib.