«Diadem» QSC hansı tenderləri udur? - SİYAHI

25-07-2022, 21:15           
«Diadem» QSC hansı tenderləri udur? - SİYAHI
2019-cu ildən indiyə kimi Azərbaycanda dövlət tenderlərinin böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu – «Diadem» QSC-dir (VÖEN: 2904701591).

Sözügedən şirkət 2019-cu ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 131 milyon 653 min 884 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib – bir tenderin orta qiyməti 14 milyon 628 min manatdır.

«Diadem» QSC -nin əsas «müştərisi» Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub. Şirkət 9 tenderdən 8-ni bu qurumdan udub – 131 milyon 53 min 884 manat. Bu isə ümumi tenderlərin 99.5 faizi deməkdir.

Qeyd edək ki, «Diadem» QSC yalnız 1 tenderi Gəncə Şəhəri İcra Hakimiyyətindən udub - 600 min manat.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru