Rüşvətin açıq qapısı - Bağçalara qəbulun elektron qeydiyyatda aparılması özbaşınalıqlara son qoya biləcək?

26-07-2022, 17:09           
Rüşvətin açıq qapısı -
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elekron qeydiyyatı davam edir...
Təhsil eksperti: “Düşünmürəm ki, uşaq baxçalarına onlayn seçim korrupsiyanın və rüşvətin qarşısını alacaq. Çünki köhnə, yəni icra hakimiyyəti dövründən qalan ənənələr hələ də qorunub saxlanılır”.

“Nə qədər ki, şəffaf qaydada proses təşkil olunmur, mənim bu məsələdə mövqeyim birmənalı olaraq ondan ibarətdir ki, köhnə bürokratik maneələr olduğu kimi saxlanılacaq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi baxçalarına onlayn seçim aparılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Bu gündən başlayaraq Bakı üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə onlayn növbəyə yazılması prosesinə start verilib. Valideyn tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Uşaq baxçalarına onlayn seçim bu sahədə olan özbaşınalıqlara son qoya biləcəkmi? Ən əsası Təhsil Nazirliyinin yeni tətbiqi bu sahədə olan kütləvi rüşvət halalrının qarşısını ala biləcəkmi? Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindən Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi uşaq baxçalarında hansısa keyfiyyət dəyişikliyi yarada bilib?

Mövzunu PİA.az-ın əməkdaşı təhdil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “İndi bir baxçaya 20 uşaq qəbul ediləcəksə, onun 15 nəfəri artıq qeydiyyatdan keçirilib. Bu proses demək olar ki, 3-5 şagird üçün həyata keçirilir və bu da gözdən pərdə asmaq üçündür”.

Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindən Təhsil Nazirliyinə verilməsinin sırf bu sferada müəyyən qədər təhsilin keyfiyyətinə təsirinin olacağını düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində köhnədən qalan idarəetmə nə qədər ki var, bağçalarda keyfiyyət dəyişikliyinə nail olmaq olunmayacaq:

“Uşaqlarını müvafiq olaraq yaşadıqları ərazi üzrə qeydiyyatdan keçən valideynlər təyin olunan vaxtlarda baxçaları və müəllimləri seçib sorğunu göndərirlər. Növbəti proses isə avqust ayının 2-də olacaq. Həmin dövrə qədər isə valideynlər təyin olunan məlumatları sistemə daxil edib qeydiyyatdan keçə bilərlər.

Düşünmürəm ki, uşaq baxçalarına onlayn seçim korrupsiyanın və rüşvətin qarşısını alacaq. Çünki köhnə, yəni icra hakimiyyəti dövründən qalan ənənələr hələ də qorunub saxlanılır. Hər hansısa baxça müdiri, yaxud da orada işləyən şəxs həmişə özləri istədikləri uşaqları baxçaya qəbul ediblər və bunun müqabilində də nəsə alıblar. İndi bir baxçaya 20 uşaq qəbul ediləcəksə, onun 15 nəfəri artıq qeydiyyatdan keçirilib. Bu proses demək olar ki, 3-5 şagird üçün həyata keçirilir və bu da gözdən pərdə asmaq üçündür.

Elçin Əfəndi: “Əvvəlki dövrlə fərq ondadır ki, valideyn heç haraya getmədən birbaşa sistemə daxil olub, qeydiyyatdan keçib sorğu göndərə bilərlər. Amma valideynin sorğusuna müsbət cavabın verilib-verilməməsi həqiqətən sual altındadır və bu da valideynləri ən çox narahat edən məsələdir”.

Nə qədər ki, şəffaf qaydada proses təşkil olunmur mənim bu məsələdə mövqeyim birmənalı olaraq ondan ibarətdir ki, köhnə bürokratik maneələr olduğu kimi saxlanılacaq. Düzdür, ən azı Təhsil Nazirliyi elektron qaydada bu prosesə start verdi. Əvvəlki dövrlə fərq ondadır ki, valideyn heç haraya getmədən birbaşa sistemə daxil olub, qeydiyyatdan keçib sorğusunu göndərə bilər. Amma valideynin sorğusuna müsbət cavabın verilib-verilməməsi həqiqətən sual altındadır və bu da valideynləri ən çox narahat edən məsələdir. Ona görə də hesab edirəm ki, valideynlərin çoxusu “köhnə qaydada” baxça müdirinə müraciət edəcək.

Ümumilikdə isə məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindən Təhsil Nazirliyinə verilməsinin sırf bu sferada müəyyən qədər təhsilin keyfiyyətinə təsiri ola bilər. Amma köhnədən qalan idarəetmə nə qədər ki var, bağçalarda keyfiyyət dəyişikliyinə nail olmaq olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru