“Pomidor müharibəsi” bitdi

17-08-2022, 12:44           
“Pomidor müharibəsi” bitdi
Bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi - bütün ixracın 97,5 faizi Rusiyanın payına düşüb.


Məlumata görə, yanvar-iyul aylarında qonşu ölkəyə 109 min ton məhsul ixrac edilib. Bu isə Azərbaycana 130 milyon dollara (221 milyon manata) yaxın gəlir gətirib.

Bu rəqəmlər göstərir ki, Azərbaycanla Rusiya arasında artıq “pomidor problemi” yoxdur.

Xatırladaq ki, “Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) 2020-ci ilin dekabrında Azərbaycan pomidorlarının tərkibində Cənubi Amerika pomidor güvəsi və şərq balıq güvəsi aşkar edildiyi üçün idxalını qadağan etmişdi. Məhdudiyyətlər yalnız bu ilin mart ayında götürülüb.

Mənbə: Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru