Yeni məktəbli formalarının yekun qiyməti açıqlandı: - 14 və 25 manata olacaq

17-08-2022, 10:15           
Yeni məktəbli formalarının yekun qiyməti açıqlandı: -
Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

TEREF xəbər verir ki, bu barədə Trend -in suallarıın cavablandırarkən "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, hazırda yalnız aşağı siniflər (I-IV) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb.

“Geyimləri Bakı Tikiş Evi ilə yanaşı bir neçə gün ərzində paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq",-deyə o əlavə edib.

Xatırladaq ki, yeni məktəbli formaları artıq bu gündən satışa çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru