Əbülfəz Məlikov MÜDAFİƏYƏYƏ HAZIRLAŞIR... - BAHALI VƏKİLLƏR VƏ...

18-08-2022, 17:07           
Əbülfəz Məlikov MÜDAFİƏYƏYƏ HAZIRLAŞIR... -
“Gömrük işi" ilə ilə bağlı həbs edilən monopolist, "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı yeni detallar ortaya çıxıb.

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə, Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən Əbülfəz Məlikov özünü müdafiə etmək üçün Avropada və Gürcüstanda olan əcnəbi vəkillərini Bakıya gətizdirib. Vəkillər qarşısında qoyulan tələb Məlikovun ilk məhkəmə prosessində azadlığa çıxmasını təmin etməkdir. Monopolist bununla da daha güclü olduğunu bir daha isbatlamaq niyyətindədir.

Məlumata görə, Məlikovun ikili vətəndaşlığı da mövcuddur. Onun ABŞ vətəndaşı olduğu deyilir.

Əbülfəz Məlikovun yaxın adamları qısa müddətdə monopolistin azadlığa buraxılmasına çalışırlar. Hazırda vəkillər Məlikovun dövlətdən oğurladığı milyonların, bəlkə də milyardların geri qaytarılması yollarını öyrənir. Bu məbləğin geri ödənilməsini monopolist üçün adi bir hal hesab edirlər.
Onun sərvətinin dəyəri bir neçə milyard manata yaxındır.

Qeyd edək ki, Əbülfəz Məlikov illər ərzində müxtəlif adamların adına yaratdığı saxta şirkətlər vasitəsi ilə apardığı maliyyə əməliyyatları ilə dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Onun “gömrük monopoliyaları”, "Broker" şəbəkə maxenasiyaları, saxta nağdlaşdırma şirkətləri barədə ölkə mətbuat illərlə yazıb. //"Azərbaycan Reallığı"//




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.