Qırmızı Körpüdə nələr baş verir? - Qazax sakinləri acınacaqlı durumda - VİDEOREPORTAJ

19-08-2022, 18:05           
Qırmızı Körpüdə nələr baş verir? -
Ölkəmizdə quru sərhədlərin bağlı olması özü ilə bir sıra çətinliklər yaratmaqda davam edir. Xüsusən gömrük məntəqələrinə yaxın rayonlar və ya kəndlərin sakinləri daha çətin durumla üzləşib. Qızırmızı Körpü Buraxlış Məntəqəsi Azərbaycanla Gürcüstan respubblikasını birləşdiriən son nöqtədir. Qazağın birinci və ikinci şıxlı, eləcə də digər kəndlərinin sakinləri quru sərhədlərin bağlanmasından sonra qonşu Gürcüstana gedib gələ bilmir.

TEREF "yeni müsavat"a istinadən bildirir ki, bu kəndlərin sakinlərinin bir çoxunun Gürcüstanda yaşayan soydaşlarımızla qohumluq əlaqələri var. Gediş-gəliş illərlə olub. Bir fakt da heç kəsə sirr deyil ki, qərb bölgəsində yaşayan sakinlərin əksəriyyəti öz dolanışıqlarını da elə Gürcüstanla qurub.

Hazırda Qırmızı Körpü Buraxlış məntəqəsindən ancaq yük maşınları keçir. Buradan növbə ilə yük daşınması həyata keçirilir.

Quru sərhədlərin bağlı qalması iqtisadiyyat, turizim və bir sıra sektorlara təsirsiz ötüşməyib. Rəsmi rəqəmlərə görə 2019-cu il də quru sərhədlərin bağlanmasına qədər ölkəmizə 3 milyondan artıq turist gəlib. Gələn tusirstlərin ilk beşliyində qonşu dövlətlərin vətəndaşları olub ki, əcnəbilərin də böyük əksəriyəyəti quru sərhəd məntəqələrindən ölkəmizə keçib. İndi isə istər Azərbaycana, istərsə də xarici ölkəyə gedənlər təyyarədən istifadə etmək məcburiyyətindədir. Bu da qiymət baxımndan baha başa gəlir.

Mövzu ilə bağlı hazırlanan videoreportajı aşağıdakı link vasitəsilə izləyə bilərsiz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.