İcra başçısı: “Yanğınlardan zərər görənlərə kompensasiya veriləcək” – VİDEO

20-08-2022, 10:04           
İcra başçısı:
Qubada baş verən yanğınlarla bağlı son məlumatlar açıqlanıb.

Bununla bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Baku TV-yə açıqlama verib.

O bildirib ki, lokallaşdırma işləri tamamlanmaq üzrədir və artıq demək olar ki, bir çox ərazilərdə vəziyyət nəzarətə götürülüb.

İcra başçısı həmçinin vurğulayıb ki, araşdırma aparılır və yanğına səbəb olanlar mütləq aşkarlanaraq cəzalandırılacaqlar.

Ziyəddin Əliyev onu da qeyd edib ki, Qubada şəxsi təsərrüfata ziyan dəyməyib, amma digər rayonlardakı yanğınlarda zərər görənlərə dövlət tərəfindən kompensasiya ödəniləcək.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru