`Bazar Store` vətəndaşları ÖLDÜRMƏK İSTƏYİR? - BU NƏDİ BELƏ?

20-08-2022, 10:16           
`Bazar Store` vətəndaşları ÖLDÜRMƏK İSTƏYİR? - BU NƏDİ BELƏ?
"Bu məhsulu Bayıl qəsəbəsindəki "Bazarstore" mağazasında çəkmişəm". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əli Vəliyev adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Dünən bunu görüb özlərinə desəm də, heç bir tədbir görülməyib.


Bu gün bir daha yaxınlaşıb görürəm ki vaxtı keçmiş məhsul hələ də vitrindədir. Hər hansı bir işçiyə deyirəm ki, nədən vaxtı keçmiş məhsul vitrində qalıb. Deyir ki yaxınlaşın süd məhsulları şöbəsinə deyin..

Nə qədər məsuliyyətsiz olmaq lazımdır ki belə cavab verəsən... Dostlar, alınan məhsulların buraxılış tarixinə diqqət edin..."

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.