"“Baku Marriott Hotel Boulevard” H=hotel biabırçı idi."- Rusiyalı biznesmen Bakıdakı məşhur hoteli MƏHKƏMƏYƏ VERİR

20-08-2022, 16:33           
"“Baku Marriott Hotel Boulevard” H=hotel biabırçı idi."-
Məşhur rusiyalı biznesmen Artyom Bikov Bakıda səfərdə olub.

TEREF Haqqin.az-a istinadən xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib.

Rusiyalı biznesmen Bakıdakı məşhur hoteli MƏHKƏMƏYƏ VERİR

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, - Bikov deyib.

O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru