Qurban Məmmədovun oğlu Londonda şirkət açdı - Fotolar

22-08-2022, 00:03           
Qurban Məmmədovun oğlu Londonda şirkət açdı - Fotolar
Mühacir Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov Londonda yeni şirkət açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“Qurban Məmmədov bu ilin aprelində Londonda “Azerfreedom Media Company” LTD-nin (media şirkəti) qeydiyyatını ləğv etdirəndə, səbəb kimi “ölü şirkət”ə görə ayda 50 funt-sterlinq ödəməsini əsas gətirirdi. Amma 1 ay keçməmiş mayın 19-da oğlu Qoşqar Məmmədovun təsisçiliyi ilə “The Gogi Store” LTD kommersiya şirkətini qeydiyyatdan keçirib. Məmmədovların “Qoqi”si biznes təsnifatı üzrə 47910 kodu alıb. Yəni internet üzərindən parakəndə satışla məşğul olacaq. Nə satacağı isə məlum deyil” – C.Həsənli qeyd edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.