"Qua Granit" müştərisini BELƏ ALDATDI... - GİLEY

22-08-2022, 09:57           
"Qua Granit" müştərisini BELƏ ALDATDI... - GİLEY
"Şikayətim sədərəkdə təsərrüfat bazarı 6cı sıra, 83-85-ci mağazada yerləşən "Qua Granit"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyım Şikayətim var" sosial qrupundakı paylaşımında Rəşad Rəşidov adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Aprel ayında ev üçün həmən mağazadan qranit almışam.Satanda satıcıya lazım olan qranit miqdarını desəmdə,adam təkidlə mənə daha çox almağı,təmir bitəndən sonra artıq qalanları qaytarmağı məsləhət gördü.Hətda : "üstündən 5ayda keçsə qaytararsan qardaş,heç bir problem yoxdur" deyən adama 15 gün qabağ artıq qalanları (6ədəd) qaytarmağ istədiyimi dedim.Cavabında isə müdüriyyət dəyişib,heç bir halda qaytara bilmərik ,saxla özündə müştəri çıxsa səndən alıb satarıq dedilər.
İndidən sonra qaytarsalar belə aparıb mən onlara qranit qaytaran deyiləm.Bura yazmaqda məqsədimsə o mağazadan nəsə alanda ehtiyatlı olun,məni aldatdığları kimi sizidə aldatmasınlar..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.