Bakı gömrüyündə də DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA

22-08-2022, 11:08           
 Bakı gömrüyündə də DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərlinin vəzifədən azad edildiyi deyilir.

TEREF bildirir ki, bizimxeber.az-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırov sözügedən vəzifəni Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini Elmir Ramazanova həvalə edəcək.

Bildirilir ki, Pərviz Kəngərli məzuniyyətdədir və onun qayıdışından sonra Elmir Ramazanovun BBGİ-nin rəisi postuna təyinatı rəsmiləşəcək.

Qeyd edək ki, Pərviz Kəngərli bir neçə ay əvvəl sabiq DGK sədri Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O bu vəzifəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsindən gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru