Xəzər rayonunda zibil qutuları BÖHRANI - İnsanlar zibili yol kənarına tullayır - VİDEO

25-08-2022, 00:01           
Xəzər rayonunda zibil qutuları BÖHRANI -
Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yolboyu zibil qutuları yerləşdirilməyib. Nəticədə sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.

Bu barədə Oxu.Az-a həmin küçənin sakinləri tərəfindən şikayət daxil olub.

Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb: “Zibil maşını səhər saat 9-10 arası gəlib zibilləri yol kənarından yığır. Hər gün bu qoxuya dözmək məcburiyyətindəyik”.

Bizimxeber.az bildirir ki, ümumiyyətlə, Xəzər rayonu ərazisi tamimlə baxımsız vəziyyətdədir. Tək Binə qəsəbəsində deyil, rayonun Şağan qəsəbəsində daha biabırçı vəziyyət hökm sürür. Bu barədə Xəzər Rayon İcra Hakimiyyətinə edilən çoxsaylı müraciətlərə ümumiyyətlə cavab verilmir.

Həmçinin Şağan qəsəbəsinin məhəllə yolları tamamilə baxımsız vəziyyətdədir. Bu barədə dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə, Şağan Bələdiyyəsinə müraciət olunsa da heç bir nəticə yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.