Dövlət qulluğu ilə bağlı keçirilən imtahanın sualları niyə səhvdir? - ŞİKAYƏT

25-08-2022, 08:14           
Dövlət qulluğu ilə bağlı keçirilən imtahanın sualları niyə səhvdir? - ŞİKAYƏT
Avqustun 22-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından narazılıq var.

Teref.az xəbər verir ki, bəzi iştirakçılar Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan zamanı bir neçə sualda səhv olduğunu bildirib. Onlar bununla bağlı DİM-ə şikayət ediblər.

DİM-dən isə bildirilib ki, imtahan nəticələri ilə bağlı həmişə olduğu kimi, apellyasiya komissiyası yaradılıb:

“Avqustun 25-dək müraciətlər qəbul olunur. İmtahanın məzmunu ilə bağlı müraciətlərə komissiyada baxılır. İmtahan iştirakçıları qeyd olunan vaxtadək komissiyaya müraciət edə bilərlər. Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunur. Komissiya işini yekunlaşdırdıqdan sonra nəticələr barədə məlumat verilir” (oxu.az).













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru