Ramiz Mehdiyev villasını 3 milyon manata satdı

25-08-2022, 11:26           
Ramiz Mehdiyev villasını 3 milyon manata satdı
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Göyçay
rayonunun Hüngütlü kəndində yerləşən dəbdəbəli villasını satıb.
Sabiq məmurun bir il əvvəl satışa çıxardığı mülk yeni sahibinə 3 milyon manata başa gəlib.
Yenisabah.az xatırladır ki, mətbuatda çox hallandırılan bu villanı akademikə bir neçə il
əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədov hədiyyə etmişdi. Təxminən 10 hektar
ərazidə yerləşən villanın 4 iri qapısının olduğu bildirilir. Mülkün yerləşdiyi ərazinin
divarları mişar daşı ilə tikilib, sirli bir qalanı xatırladır. Həmin ərazidə keçmiş nazir Ziya
Məmmədovun özünün də dəbdəbəli villasının olduğu deyilir.
Əldə etdiyimiz məlumata görə, villanın satışı ilə bağlı rəsmi prosedur Ramiz Mehdiyevin
kürəkəni, iş adamı İlham Əliyevin vasitəsilə həyata keçirilib. Villanın satışa çıxarılmazdan
əvvəl hərtərəfli təmir olunduğu söylənilir: “Evdə bir neçə ildir yaşayış yox idi, buna görə də
villanın divarlarında bəzi yerlərdə suvaq tökülmüşdü, nəmişlik tavanda və döşəmədə
müəyyən fəsadlara səbəb olmuşdu. Buna görə də villa satışa çıxarılmazdan əvvəl yüksək
səviyyədə təmir olundu”.
Məlumatlı şəxs deyib ki, mülkün yeni sahibi Bakıda yaşayan tanınmış iş adamlarından
biridir. Onun keçmiş nazir Ziya Məmmədova yaxın olduğu bildirilir. Z.Məmmədov yad
adamla qonşu olmaq istəmədiyi üçün evi vaxtilə çətiri altında olmuş iş adamlarından birinə
təklif edib.
Yenicə təmirdən çıxmış villada hazırda heç kim yaşamır. Ərazi mülki geyimli mühafizəçilər
tərəfindən ciddi şəkildə qorunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.