«Bələdiyyələrin təqdim etdiyi vergi məbləğləri heç bir hesablamaya əsaslanmır» - ekspertdən İDDİA

25-08-2022, 17:31           
«Bələdiyyələrin təqdim etdiyi vergi məbləğləri heç bir hesablamaya əsaslanmır» - ekspertdən İDDİA
«Bələdiyyələrin təqdim etdiyi vergi məbləğləri heç bir hesablamaya əsaslanmır»
Hazırda bələdiyyələrin əmlak vergisinin ödənilməsi üçün əhaliyə təqdim etdiyi vergi məbləğləri heç bir hesablamaya əsaslanmır.

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkil etdiyi qiymətləndirici sertifiatlarının verilməsi tədbirində bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə əmlakın qiymətləndirilməsi sahəsində ciddi problemlər var.

«Ən böyük xaos isə bələdiyyələrin vergi sistemindədir. Onlar əhalidən vergi tələb edirlər, amma burada göstərilən məbləğlər heç bir hesablamalara əsaslanmırlar».

E.Hüseynov bildirib ki, AQC bələdiyyələrlə ciddi iş aparmalı və bu sahədə əhalinin aldadılmasının qarşısı alınmalıdır. //FED//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru