12 milyonluq tenderin qalibi “Daewoo”nun 2 milyon dollarını niyə vermir? - İLGİNC

20-09-2022, 12:06           
 12 milyonluq tenderin qalibi “Daewoo”nun 2 milyon dollarını niyə vermir? - İLGİNC
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Grand Motors Company” QSC (VÖEN- 1306374771) olub.

TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, "Grand Motors Company” QSC “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ümumi dəyəri 8 milyon 999 min 200 manat 2 qəpik olan ekskavatorlar (48 ədəd) və ümumi dəyəri 3 milyon 271 min 200 manat olan müxtəlif təyinatlı avtomobillər (35 ədəd) satacaq.

Məlumat üçün bildirək ki, "Grand Motors Company” QSC 23.10.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Ak. Şamil Əzizbəyov, ev 22-də yerləşən QSCnin qanuni təmsilçisi Nəzərov Fərhad Nadir oğludur.
Onu da qeyd edək ki, "Grand Motors Company” QSC son 2 ildə onlarla tender udub. Daha əvvəl dövlət qurumlarının keçirdiyi tenderləri “Grand Motors” MMC adlı şirkət udub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru