Nazirə nədən İNANMALI DEYİLİK... - "Problem yoxdur" deməklə problemi həll etmirlər...

20-01-2023, 12:58           
Nazirə nədən İNANMALI DEYİLİK... - "Problem yoxdur" deməklə problemi həll etmirlər...
"Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur".

DİA.AZ bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb:

"Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir".

DİA.AZ xatırladır ki, alıcılar ölkədə kəskin dərman qıtlığı olduğunu bildirir. Xüsusilə apteklərdə hərarətə qarşı dərmanlar, ağrıkəsicilər, eləcə də son zamanlar yayılan xəstəliyin müalicəsində istifadə olunan preparatlar tapılmır.

Məsələ hətta Milli Məclisdə də müzakirə olunub. Deputatlar dərman qıtlığı problemini xüsusi vurğulayıblar.

DİA.AZ qeyd edir ki, əslində problemin yaranma səbəbi heç də səhiyyə nazirliyindən və yaxud da hansısa azərbaycanlı məmurdan birbaşa asılı deyil. Yəni ekspertlər burada Rusiya-Ukrayna müharibəsini başlıca problemyaradıcı faktor kimi nişan verirlər.

Amma nədənsə bizim məmurlar məhz fəaiyyətsiz qaldıqlarından problemin üzərinə "bizdə belə bir problem yoxdur" deyərək yürüməyi yol kimi görürlər ki, bu da yanlışdır və ortadakı problemin həllində fayda vermir.

Problemlə bağlı bir videosüjeti də təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru