Səhiyyə naziri dərman qiymətlərinin süni artırılmasından DANIŞDI

20-01-2023, 12:56           
Səhiyyə naziri dərman qiymətlərinin süni artırılmasından DANIŞDI
“Hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında son vaxtlar gündəm olan dərman qıtlığı və dərman qiymətlərinin süni artırılması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:

“Ancaq bu sahə daim nəzarətdədir. Bildiyiniz kimi, dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir.

Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Sayad Həsənli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru