Pensiyalar nə vaxt ödəniləcək? - RƏSMİ

13-02-2023, 12:06           
Pensiyalar nə vaxt ödəniləcək? - RƏSMİ
Ölkə ərazisində fevral ayının pensiyalarının gecikdiyi iddia edilir.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə çoxlu sayda müraciətlər daxil olub.

Bildirilir ki, ötən ayın və bu ayın pensiya artımının cəm məbləği artıq bazada görünür. Lakin hələ ki, pensiya karta köçürülməyib.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, nazirlik pensiya ödənişlərini edib. Məbləğin karta köçürülməsi isə bank prosedurudur.

Ehtimal edilir ki, yaxın saatlarda pensiyalar tam ödəniləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru