Bir qrup gənc İT mütəxəssislərimiz süni intellekt üzrə "Alas Academy" yaradıblar.
16-02-2023, 11:55

Elşad Yusiflinin də həmtəsisçiliyi ilə bir qrup gənc İT mütəxəssislərimiz süni intellekt üzrə "Alas Academy" yaradıblar.
Uzun müddət “TensorFlow User Group Azerbaijan” və "Amazon User Group" olaraq fəaliyyət göstərən bu komanda artıq süni intellektin tədrisi sahəsində ixtisaslaşmış bir brend, Alas Academy formalaşdırmağa qərar veriblər.
Bu günkü tədbirdə komanda çox böyük həvəslə özlərini, indiyədək gördükləri işləri, proqramlarını və qarşıdakı addımlarını təqdim etdilər.
Bu kursda hazırda bütün tədris olunan İT proqramlarda Web 3.0 və süni intellekt üzrə fundamental dərslər keçirilər.
Qurum 6 ay davam edən tədris prosesində tələbə və gənclərə, öz ixtisasını artırmaq istəyən müxtəlif sahə üzrə əməkdaşlara süni İntellekt mühəndisinin sirlərini öyrətməyi, süni intellektdən düzgün, səmərəli və effektiv istifadə etməyin ( Promt Enginering) yollarını peşəkar formada öyrətməyi hədəfləyib.
Bu kursları başa vuranlar artıq ciddi, dünyada tanınan beynəlxalq sertifikatlar da alıblar .
Düşünürəm ki, həmtəsisçilər Elshad Yusifli və Murad Əlili, komanda üzvləri Mahammad Qulusoy , Hamed bəy və digər gənclərimiz xeyli faydalı və gərəkli bir addım atıblar.

Hazırda ölkəmizdə bu istiqamətdə kadrların yetişməsinə, müxtəlif qurumlarda çalışan İT və analitika yönümlü kadrların isə bu istiqamətdə yenidən ixtisaslaşmasına ciddi ehtiyac var.
Ümid edirəm RİNN, İRİA, KOBİA, universitetlər və digər maraqlı tərəflər Alas Academy -ya dəstək verəcək və ölkəmizdə süni intellekt sahəsində kadrların hazırlanması üçün səylərini gücləndirəcəklər.
Alas Academy-ya uğurlar.
Osman Gündüz
Teref.az