Eldar Mahmudovun ölüm xəbərini kimlər yayır...

17-06-2016, 20:11           
Eldar Mahmudovun ölüm xəbərini kimlər yayır...
Son iki gündə bəzi sosial şəbəkə istifadəçiləri Facebook-dakı qruplarda bir neçə aztirajlı saytlara istinadla sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında çeşidli xəbərlər yayırlar. Bu xəbərlərdə eks-nazirin halının pisləşdiyi, onun üstünə təcili tibbi yardım çağırıldığı, hətta bir qədər də irəli gedərək öldüyü bildirilir.

İddialarda son günlər qorxu-stress içində yaşayan Eldar Mahmudovun içkiyə qurşandığı və bunun nəticəsində qəfil ürəktutmasından vəfat etdiyi vurğulanır.

Ancaq yayılan xəbərlər təsdiqlənmir. Modern.az saytının əməkdaşı sosial şəbəkələrdə yayılan bu xəbərlə bağlı Eldar Mahmudovun yaşadığı rayonun İcra Hakimiyyəti, Polis şöbəsi, prokurorluq orqanı və digər müvafiq qurumlar, sabiq “MTN-çilər”in vəkilləri ilə əlaqə saxlamağa çalışıb. Lakin heç bir mənbə eks-nazir barədə danışmaq istəməyib və onun haqqında dəqiq bilgi verə bilməyiblər...

Dezinformasiya xarakterli bu xəbərin hansısa maraqlı qüvvələr tərəfindən qəsdən dövriyyəyə buraxıldığı istisna deyil.

Xatırladaq ki, Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri işləyib. Bu vəzifədə general-polkovnik rütbəsinədək yüksələn Mahmudov Prezidentin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə vəzifədən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru