Bərdənin ölüm qoxusu gələn avtobusları-Marşurutun “şeytan araba”ları

18-06-2016, 11:39           
Bərdənin ölüm qoxusu gələn avtobusları-Marşurutun “şeytan araba”ları
Mikroavtobuslar nəqliyyat standartlarına cavab vermir

Bərdə şəhərinin inkişaf edən demoqrafik vəziyyəti son illərdə əhalinin ictimai nəqliyyata olan təlabatını artırıb. Çoxlu sayda məskunlaşan qaçqınların da olduğunu nəzərə alsaq, deyə bilərik ki, ictimai nəqliyyatdan kifayət qədər rayon sakini istifadə edir. Ancaq, xidmətin səviyyəsi necə? Qənaətbəxş sayıla bilərmi?

Təəssüflər olsun ki, xidmətin səviyyəsi barədə yaxşı fikir söyləmək mümkün deyil. Buna da səbəb marşuruta buraxılan mikroavtobusların yararlılıq müddətini çoxdan başa vurmasıdır. Bu nəqliyyat vasitələri ilə olsa-olsa heyvan bazarına mal-qara daşımaq olar. Hansı ki, sovet istehsalı olan Qaz-24, Qaz 31 markalı maşınları rekonstruksiya yolu ilə təyinatını dəyişib bu məqsədə uyğun istismar edirlər.
Mikroavtobusların sərnişin daşımaya yararsız olduğu azmış kimi, nəqliyyatdan istifadə qaydalarının pozulmasıda məsələnin ağrılı tərəfidir. Sınıq-salxaq mikroavtobuslarda əksər vaxtı nəinki oturmağa, heç ayaq üstə də durmağa da yer tapılmır. Necə deyərlər adamlar bir-birinin belinə minir, biri digərini qucaqlayır ya da ki tapdalayır.

Nəqliyyatdan istifadə qaydalarının pozulması adi hala çevrilsə də, nədənsə bu halları görən yoxdur. Sanki bu məsələylə məşğul olan ümumiyyətlə hər hansı dövlət orqan mövcud deyil.

Bərdə şəhərində hal hazırda 1, 2, 3 saylı marşurutlar fəaliyyət göstərir. Marşurutların idarə olunması barədə isə maraqlı fakt mövcuddur. Hazırda olan saydan artıq nəqliyyat vasitəsinin xətdə daxil olması mümkün deyil. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs, ancaq xətdə olan avtobusu, ya da həmin adamların yerini almaqla buna nail ola bilər. İki yer üçün 20 min manat , 1 yer üçünsə 15-16 min manat təklif edilir.

Marşrut xəttində kim at oynadır, xətt kimindir, xəttəki avtobuslar kimə məxsusdur- hər kəsin işi avand olsun! Demirik ki, iş olan yerdə sahibkar əlini qolunu bağlayıb, otursun. Əsas məsələ xidmətin səviyyəsidir. Rahat və keyfiyyətli, həm də təhlükəsiz xidmət həyata keçirilməlidir.

Kiçik tutumlu mikroavtobuslara minmək təhlükəni gözardı eləməkdi, demək olar ki. Sınıq-salxaq bu avtobuslar ağzınacan dolanda , sözün həqiqi mənasında başlayır ləngər vurmağa. Magistral yolda hərəkət edəndə “tyaqa”larından birinin sıradan çıxmağı bəs edər ki, ölümlə nəticələnən ağır yol-qəza hadisəsinin baş verməsinə səbəb olsun. Nəticədə neçə-neçə ailə gözü yaşlı qalsın. Kimi övladını, kimi ata-anasını itirmiş olsun. Yetər ki, bu avtobuslardan ölüm qoxusu gəlir.

Avtobuslarda pintilik, antisanitariyanın mövcudluğu isə xüsusilə dözülməzdir. Toz-torpaq və zibil əksər marşrutların “bəzəyidir”. Gündəlik xidmətin sonunda nəqliyyat vasitələrinə demək olar ki, qulluq göstərilmir. Yuyulub, təmizlənmir. Bir toyuq qanad çalanda toz başa sovrulur.

2,3 saylı marşrutlar olmasa da 1 saylı marşrut da az tutumlu mikraavtobusların iri avtobuslarla əvəzlənməsinə ehtiyac var. 1 saylı marşrutun xidmət dairəsi Bərdə şəhərilə yeni salınan qəsəbələrın arasını əhatə etməsi xüsusilə bunu zəruri edir.

Xidmət həm də mədəniyyətdir. Sərnişin daşıma ilə məşğul olan sahibkarlar gərək ki, bunu unutmasınlar. Həyata keçirdikləri xidməti ən azından mədəniyyətlərinə yaraşdırmasınlar.
//regionxeberleri.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.