“Radikal dini qrupları siyasi və psixoloji baxımdan xeyli geri sala bildik”

18-06-2016, 14:55           

“Azərbaycanda dini radikal qruplara qarşı mübarizə bu gün də aparılır. Artıq bu mübarizənin nəticələri də var”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, radikal qrupların əleyhinə aparılan təbliğat effekt verib: “Artıq qəti şəkildə demək olar ki, Azərbaycanda radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bilmişik. Onların Azərbaycanda sosial-iqtisadi bazası yox dərəcəsindədir. Eyni zamanda, gənclərimizi muzdlu əsgər kimi din adı altında xaricə aparanları da neytrallaşdırmışıq. Bu məsələdə hüquq-mühafizə orqanları çox səmərəli işlədi. Biz bundan sonra da üzərimizə düşəni yerinə yetirəcəyik. Dini radikalların Azərbaycanda hər hansı fəaliyyətinə imkan verməyəcəyik. Onların siyasi sabitliyi, ictimai asayişi pozmasına cəmiyyət və dövlət imkan verməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru