Qiymət bahalaşacaq: Kəndli pulsuz qalacaq - AÇIQLAMA

1-06-2023, 17:53           
Qiymət bahalaşacaq:
Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Doludan sonra leysan başlayıb. Xüsusən bu proseslər Respublikanın şimal və qərb rayonlarında müşahidə edilir.

Belə ki, ötən gün Şəmkirə yağan leysan yağışlar nəticəsində su kanalı daşıb, yaxınlıqdakı bir neçə evin həyətini su basıb.

Zəyəm qəsəbəsi və Yeni Həyat kəndindən keçən su kanalının daşması nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də zərər dəyib.

Zəyəmdə su evlərin zirzəmisinə də dolub. Əraziyə ağır texnikalar cəlb olunub.

Maraqlıdır, kəndlərə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara nə qədər ziyan dəyib? Təbii fəlakətin vurduğu ziyanın qarşılığı ödəniləcək?

TEREF.AZ-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, müxtəlif rayonlarda dolu yağması nəticəsində əsasən infrastruktura ziyan dəyib:

"2020-ci ilin noyabrından isə Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə start verilib. Qaydalara əsasən, fermer subsidiya almaq istəyirsə, 10 hektardan yuxarı sahələri mütləq sığortalamalıdır.

10 hektardan yuxarı sahələrin sığortalanması icbari, 10 hektardan aşağı sahələrin sığortalanması isə könüllüdür. Müxtəlif rayonlarda dolu yağması nəticəsində əsasən infrastruktura ziyan dəyib, bizə aiddiyyəti yoxdur, həyətyanı sahələrə də biz baxmırıq.

Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası var. Nə qədər ziyanın dəyməsini onlar müəyyənləşdirir. Biz sığortalanan hissələrə baxırıq.

Sığortalanma ilə bağlı da kim müraciət edirsə, Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertləri ilə gedib yerində müəyyənləşdirir. Sığorta müqaviləsinə uyğun müddətdə də ödəniş təmin edilir.

Fermer müqaviləsinə əsas hadisə baş verdikdə 10 gün müddəti ərzində Aqrar Sığorta Fonduna müraciət etməlidir. Hadisə yenidir, bu dəqiq öyrənmək isə mümkün deyil".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.