O, Azərbaycan şəhidlərini kimin sifarişilə təhqir edib?

21-06-2016, 08:53           

“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov və onun tərəfdarlarının Nardaranda polisə müqavimət göstərməsi nəticəsində öldürülmüş şəxslərə “şəhid” deyə xitab etməsi indiyədək ciddi müzakirə mövzusu olub.
Həmin vaxt sosial şəbəkələrdə, elektron mediada belə təhqiredici “müraciət” pislənmiş, onun müəlliflərinə yalnız bir sual verilmişdi: “Azərbaycan torpağı uğrunda canından keçən minlərlə şəhidə niyə hörmətsizlik edirlər?”.
Hazırda həbsxanada vaxtını keçirən bu şəxs o sualın cavabını bilməmiş deyil. O, çox gözəl anlayır ki, o müraciət kimlərin sifarişilə deyilib. Onun fikrincə, bir dövlətin, bir xalqın bölünməsinə çalışan və bu zaman qətlə yetirilən şəxslərə də şəhid statusu verilməlidir.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı var. Qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər”.
Taleh Bağırovun yəqin bu qərardan xəbəri var.
Nə vaxta kimi bu hörmətsizliyə göz yumulacaq?
Azərbaycan cəmiyyəti Taleh Bağırovun ictimai zərərli, ekstremist fəaliyyətinə, qorxulu çagırışlarına qarşı o vaxt geçikmədən lazımi reaksiya verməli idi. Xüsusən, bu məsuliyyətli anda milli-dövlətçilik zəminində fəaliyyətlərini qurmuş ictimai-siyasi xadimlərin, siyasi partiyaların, ictimai təşkilatlar və milli-vətənpərvər gənclərin reaksiyalarına ehtiyac yaranmışdı. Niyə, vətənpərvər yönlü gənclərimiz və onların təşkilatları yığışıb, piket və mitinqlər keçirmədi, bu radikal ideoloğiya yayıcısının cavabını vermədilər?
Yaxşı ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu missiyanı öz öhdələrinə götürərək, nəinki Taleh Bağırovu və onun dəstəsini zərərsizləşdirdilər, həmçinin qədim tarixi olan Nardaranda asayişi bərpa etdilər, dindarlarla adi sakinlər arasında bilərəkdən yaradılmış ayrıseçkiliyi aradan qaldırdılar.
Xeberlenti.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.