Əhaliyə Murdar ət yedirdirlər, Azər Süleymanov isə “şou” göstərir - Şok Faktlar
21-06-2016, 09:01
KİV-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrubsiya- heç bir qanunun aliliyindən və heç kimdən çəkinmədən sahibkarların açıq-açığına soyulmasının davam etdirilməsi, “Qara Siyahı”ya uyğun onlardan rüşvət tələb edilərək alınması, peşəkar baytarlıq işçilərinin qanunsuz kütləvi işdən çıxarılaraq onların yerinə qohumluq və tələbə yoldaşı prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanmasına məcbur edilmələri, rayonlarda yoluxucu xəstəliklərin, o cümlədən dabaq bruselyoz və s. xəstəliklərin yayılması və digər qanunsuzluqlar barədə dəqiq, təkzib edilməz faktlara söykənən yazılar davam etməkdədir.
Hətta heyvandarlar, fermerlər və sahibkarlar tərəfindən bu Dövlət Xidmətində baş alıb gedən qanunsuzluqlar, müalicə üçün verilən dərman preparatlarının effektinin olmaması, sahibkarların incidilməsi faktları barədə şəxsən ölkə başçısına, Prezidentin Administrasiyasına, Nazirlər Kabinetinə, Respublika Baş Prokurorluğuna, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə çoxlu sayda şikayət xarakterli müraciətlər göndərilməkdədir. Görün, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi bu Xidməti nə günə salıb ki,KİV-də kənd Təsərrüfatı Nazirliyində və Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən qanun pozuntuları barədə bir nömrədə üç tənqidi məqalələr yer alıb.Araşdirmaya görə Büdcədən ayrılan vəsaitin yarıdan çox hissəsi dabaq xəstəliyi əleyhinə olan vaksinin alınmasına ayrılmasına baxmayaraq tender maxinasiyaları nəticəsində vaxtında və tam bu pevənd vasitəsi alınmadığından hazırda Apşeron, Bərdə, Ağcabədi, Masallı, Kürdəmir rayonlarında heyvanlar arasında xəstəlik tuğyan edir.
Təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərləri isə şəxsi maraqlar naminə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun bu qanunsuz əməllərinə onun maliyyə sarıdan geniş imkanı olduğu üçün hələ də dözümlülük göstərir. Xidmətdə çalışan vicdanlı baytarlıq mütəxəssisləri isə inanırlar ki, qanunsuz əməllərlə məşğul olan vəzifə sahibləri bir gün ölkə rəhbərliyin hədəfinə tuş gələcək və “Hacıleylək” siz cənabları da bir-bir dənləyəcək. Onda görəcəksiniz ki, ailə başçısını nahaqdan şərləyib işdən şıxarmaq, onu ailəsinin qarşısında başıaşağı etməsinə məcbur olmasının acısı necə olur. Ancaq yox, buna da inanmırıq ki, sizi də əməllərinizə görə işdən qovulduqda ailənizin yanında belə başıaşağı olasınız. Çünki vaxtdan istifadə edərək müxtəlif maxinasiyalarla kifayət qədər sərvət toplayırsınız.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şosudur”. Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A. Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. Dövlət Xidmətinin məlumatına görə Belə “yararsız” hesab heyvan cəmdəklər əsasən Bərdə, Ağcabədi, Cəlilabad, Səlyan, Qazax, rayonlardan gətirilmişdir. Əldə olan ekspertizalara görə həmin ətlərdə müayinə zamanı bir sıra mikroorqanizmlər aşkar edilmiş və pH yüksək olmuşdur. Hətta ”Ucal-Elgün MMC-yə məxsus cəmdəklərdə bağırsaq çöpləri (BÇQB) aşkar edilmişdir. Azər Süleymanov belə “ƏT şosu” yaratmaqla yalnız kurasiyasında olduğu kənd təsərrüfatı nazirinin müavini professor Seyfəddin Talıbovu, həmçinin qeyri-ixtisas sahibləri olan təbəqəni aldada bilər. Lakin baytarlıq mütəxəssisi bizə göndərdiyi Bərdə, Ağcabədi, Cəlilabad, Səlyan, Qazax, rayonlrından gətirilən məhv edilməsinə qərar verilmiş ət cəmdəklərinin foto-məlumatda da cəmdəklərin vüzual görnüşündə orqonoleotiki dəyişiriklər görmədiyini bildirir.
Mövcud təlimat və ədəbiyytlarda göstərilir ki, xəstələnmiş (xəstəlikdən) heyvan kəsilə bilər və belə heyvan kəsimi məcburi kəsim adlanır. Həmin cəmdəklərdə saxlama rejiminə əməl edilmədikdə hər hansı mikroorqanizmlər aşkar edilməsi də istisna edilmir. Hansı ki, Azər müəllim tutduğu ətləri bir sutqa soyuducu olmayan yerdə (avtomaşında) saxlatdırır, sonra müayinəyə göndərir. Lakin bu, Azər müəllimə səlahiyyət vermir ki, sahibkarın şəxsi malını istədiyi kimi, qüvvədə olan normalara məhəl qoymadan bir başa torpağa basdırsın. Mütəxəssislərin rəyinə görə Əmtəəlik görnüşü olmayan ət də bir başa utilə verilə bilməz. Heyvan uzun yol qət edərək yorulmuş vəziyyətdə kəsildikdə də ətdə pH normadan artıq ola bilər. Bütün bunlar araşdırıldıqdan sonra son nəticəyə görə düzgün, qanunamüvafiq qərar çıxarılmalıdır.
Vətəndaşın dolanışıq üçün satmaq məqsədilə gətirdiyi heyvan cəmdəkləri ilə təlimatda göstərilənlərin əksinə hərəkət edilməsi tamamilə qanun pozuntusu, vəzifədən süi-istifadə və bir başa sahibkara ağır zərbə vurmaq və onlarda Kənd Təsərrüfatı Nazirliyinə qarşı narazılıq yaratmaqdır. Əslində, belə heyvan cəmdəkləri hissələrə bölünərək bişirilməklə zərərsizləşdirilir (hətta Stafilakokkus aureus, kokk qruppası, bağırsaq çöpü, bakteriyalar aşkar edilən ətin təlimata müvafq emal müəssisələrində termiki tədbirləri həyata keçirməklə kolbasa istehsalında, ət çörəyi hazırlanmasında istifadəsinə yol verilir) və ya digər halda isə heyvanxanada vəhşi heyvanların yemləndirilməsində istifadə etmək mümkündür. (“Milli baytarlıq qanunvericiliyi” Bakı 2010 səh. 345, 348). Bundan da heyvan sahibi müəyyən miqdar gəlir əldə etmiş olur və ona zərər minimuma enir. Belə olduqda min cür əziyyətlə heyvan saxlayıb bəsləyən və ərzaq bolluğunda iştirak edən dolanışığı bundan çıxan ət istehsalçıların da əli işdən soyumaz, haqsızlığa görə onlarda da narazılıqlar yaranmaz və qanunun aliliyini başa düşərəkdən qarşılayarlar.
Bərdə rayonunda Seyfəddin adlı sahibkara məxsus soyuducu kamerada saxlanılan çəkisi 25 ton olan kəsilmiş iribuynuzlu heyvanın cəmdəklərindən götürülmüş cəmi
12 nümunənin laborator göstəricilərinə əsaslanaraq güya 25 ton ətin hamısı yararsız hesab edilərək basdırılmışdır. Lakin Təlimat və tədris vasitələrində qeyd edilir ki, müayinə aparılması məqsədilə hər bir baş heyvan cəmdəyindən ayrıca nümunə götürüb laboratoriyaya göndərilməlidir. “Praktikum po veterinarno-sanitarnoy ekspertize” səh.82-83). Lakin burada da nümunənin götürülməsində normativlərin tələbləri kobud pozulmuşdur. Belə ki, mütəxəssislər tətəfindən qüvvədə olan normativ-texniki sənədlərə əsaslanaraq hesablanmışdır ki, 25 ton ət hasil etmək üçün bir başının çəkisi orta hesabla 80-100 kq olan təxminən 220-250 baş iribuynuzlu heyvan kəsilməlidir (250baş X 100kq=25000 kq). Deməli normativlərə görə sahibkara məxsus soyuducu kamerada saxlanılan 220-250 baş heyvanın cəmdəyinin (25ton ət vermiş) hamısı bir-bir müayinəyə cəlb edilməli olduğu halda, yerdə qalan digər cəmdəklər müayinəyə cəlb edilmədən, yalnız 12 nümunənin laborator göstəricilərinə görə 25 ton ət (250 baş heyvan cəmdəyi) yararsız hesab edilərək basdırılmışdır.
Beləliklə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərinin təlimatda nəzərdə tutulan qaydalara zid hərəkəti nəticəsində sahibkara külli miqdar zərər vuruldu. Bundan əlavə, Cəlilabad rayonundan Bakıya gətirilən 1300 kq mal ətinə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan Cəlilabad rayon baytarlıq idarəsi tərəfindən sağlam olmasını təsdiq edən 2 nömrəli forma üzrə möhür və imza ilə təsdiq edilmiş Baytarlıq Şəhdətnaməsi verilməsinə və cəmdəklərin üzərində “baytarlıq baxışı” nişanı qoyulmasına baxmayaraq Azər müəllimin göstərişi ilə ət ”mənşəyi bilinməyən ət” adı ilə torpağa basdırılaraq yenə də sahibkara külli miqdar zərər vuruldu.
Azərbaycan hökuməti tərəfindən ətlərin götürülməsi və məhv edilməsini tənzimləyən qərar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Yüklərin götürülməsinə və məhv edilməsinə səbəb olan xəstəliklər” aşağıdakı kimi müəyyənləşdirilmişdir.
4.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:
Quduzluq,
dabaq, qarayara,
tulyaremiya,
botulizm.
4.2. Qaramalın xəstılikləri:
Taun,
rinotraxeit,
kataral isitmə,
emfimatoz karbonkul.
Hökumətin təsdiq etdiyi bu Siyahıdan da görünür ki, bu siyahıya daxil edilən xəstəlilərdən ölmüş və ya kəsilmiş heyvan əti aşkar edilərsə belə yüklər (cəmdəklər) götürülür, məhv edilir, hətta heyvan sahibinə də dövlət tərəfindən Konpensasiya ödənilməlidir. (bax. “Milli baytarlıq qanunvericiliyi” Bakı 2010, səh. 252-255). Ətlərin yararsız hesab edilib basdırılmasına (məhv edilməsinə) dair Laboratoriya tərəfindən verilmiş ekspertizalarda isə qeyd edilmişdir ki, A. Süleymanovun qanunsuz göstərişi ilə basdırılan (məhv edilən) heyvan cəmdəklərdə Nazirlər Kabinetinin siyahısında göstərilən yoluxucu xəstəliklər aşkar olunmamışdır. Buda A. Süleymanova haq vermir ki, sahibkara məxsus əti yararsız hesab edib məhv edilməsinə rəvac versin. Eyni zamanda baş verənlər isə A. Süleymanov tərəfindən Nazirlər Kabinetinin qərarının tələblərinin kobud pozmağının və heyvan sahiblərinə qarşı apardığı qanunsuz kompaniyanın bariz sübutudur.
Azər müəllim peşəkar baytarlara “torba” tikib işdən çıxartdırmaqdan və digər neqativ hallardan başı açılaraq qüvvədə olan təlimat, hökumət qərarları və s. qanunverciliklə tanış olsa əhali üçün daha faydalı iş görmüş olardı. Lakin bu “şonun” arxasında məkirli planlar qurulmaqdadır. A. Süleymanovun bir başa məqsədi bununla yerli istehsala “qırmızı işıq” yandıraraq heyvanların ölkəmizə idxalını artırmaq, oradan qazanc əldə etmək, yəni heyvan sahibindən idxal edilən hər bir baş diri iribuynuzlu heyvana 25 manat, hər bir baş qoyun – keçiyə isə 10-12 manat rüşvət alır. Həmçinin ət inhisarçılarına (monopolist) maddi maraqlar müqabilində şərait yaratmaq və ət ticarəti ilə məşğul olan sahibkarların gözünü qıraraq onları “aylığa” otuzdurmaqdır. Azərbaycan qanunlarında isə dövlət qurumlarının inhisarçılıqla (monopoliya) məşğul olması məhsulyyəti yaradır.
Bundan başqa, Azər müəllim “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır. Lakin mütəxəssislərin verdiyi məlumata əsasən at əti ilə bağlı əhali arasında çaşqınlıq yaratmaq düzgün istiqamət deyil. Belə ki, at əti də digər kəsilməsinə göstəriş olan heyvanlar kimi qida zəncirinə daxil edilir və at ətindən kəsimində tələb edilən qaydalara əməl etməklə istifadə edilə bilər. (At ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Məqsədinə çatmaq üçün o dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini aldı (özünü dınləyə bilərsiniz).
Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünüdeyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Apşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.
Hörmətli cənab nazir Heydər Əsədov!
Azər Süleymanovun yeni təyin etdiyi kadrlarla çox yox, 3 dəqiqə bəs edər ki, Sizi kimi təcrübəli insan onların qabında nə olduğunu bilsın.
Tabeliyinizdə olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun qanunsuz əməllərindən demək olar ki, hər gün üzü yuxarı- şəxsən ölkə başçısına, Prezidentin Administrasiyasına, Nazirlər Kabinetinə, Respublika Baş Prokurorluğuna, habelə Sizə şikayət məktubları gedir. İnternet sayıtları, qəzetlədə isə tənqidi yazıların sayı-hesabı belə yoxdur. Hətta KİV-də A. Süleymanovun fotoşəklini bir gün görməyəndə kənd təsərrüfatı ilə əlaqəsi olanda olmayanda “darıxırlar”. Bu şikayətlərdən yəqinki Siz cənabları da bixəbər deyilsiniz. Bəlkə də bu şikayətlərdən boğaza da yığılmısınız. Azərin hansı “müsbət” göstəricilərinə görə daxil olan şikayətlər əsasında qanunamüvafiq araşdırma aparılması üçün tapşırıq vermədiyinizin səbəbi bizə də məlum deyil.?
Əgər verirsinizsə hamısı icrasız qalır. Kim bilir bəlkə daxil olan bu məktublarda fermerlərin, iş adamlarının, sahibkarların fəryadı ilə dolu şikayətlər, qanunsuz işdən kənarlaşdırılmış heç bir kəsə mərdimazarçılığı keçməyən, çörəyini “daşdan” çıxaran, Sizdən kömək istəyən baytarların müraciətləri həqiqətə uyğun deyil? Nə qədər olar ki, Azər Süleymanov öz hərəkətləri ilə Dövlət Xidmətinin, həmçinin Kənd Təsərrüfaı Nazirliyinin adına ləkə gətirəcək, “yedəkdə” xarici ölkələrdə Azərbaycanın baytarlığını təmsil edəcək? Bu qədər baytarlar ordusunun içərisində müasir tələblər səviyyəsində bir baytarlıq mütəxəssis tapılmadı? Axı o ailə başçısı kimi rəhbərlik etdiyiniz əvvəllərdə qüsursuz tarixcəsi olan möhtəbər bir Nazirliyin də imicinə kölgə salır. Yəqin ki Sizin də hövsələnizin sonu ola bilər.
Darı sovrular, onda Azər müəllmin də bəylik dövrü bitər.
//bakunews.az/