Beynəlxalq Bank müştəriləri arasında ayrıseçkilik edir? - "ABB ögey övlad kimi davranır..."

8-06-2023, 10:53           
Beynəlxalq Bank müştəriləri arasında ayrıseçkilik edir? -
"Azərbaycan Beynəlxalq Bankına kredit kartı üçün müraciət etdim. Mənə iş yerinə dair məlumatlara görə imtina gəldi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rüfət Bayramlı adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "İkinci dəfə müştəri xidmətlərinə zəng etdim və əməkdaş bildirdi, sistem müəyyənləşdirilmiş şirkətlər var ki, onlara kredit kartı verilmir. Sizcə bu nə dərəcədə doğrudur və məntiqlidir?

Mən də Azərbaycan respublikasının vətəndaşıyam, əmək müqaviləm var və yetərincə də maaşım var. Amma ABB ögey övlad kimi davranır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.