Dini, yoxsa rəsmi nikah?

22-06-2016, 01:12           

Ötən il rəsmiləşdirilməmiş nikahlardan 24 min 38 körpə dünyaya gəlib. Bu isə ölkədə evlənərkən rəsmi nikahı nəzərə almayanların sayının heç də az olmadığını göstərir. Bu hal gələcəkdə həm fərdi, həm də ictimai baxımdan ciddi sosial problemlərə qapı aça bilər. Nikahını rəsmiləşdirməyənlər dini kəbinlə kifayətlənsə də din xadimləri bunun sui-istifadə edilə biləcəyini etiraf edir
Onlar kimi rəsmi nikahı yalnız hansısa sənəd və hüquqlarının təminatı zamanı xatırlayıb, problemlə üzləşdiyindən şikayətlənən minlərlə insan var. Yəni uzun müddətdir evli olsalar da ailəvi vəziyyətlərini rəsmiləşdirməyənlər. Vətəndaşlıq vəziyyətinin qeydiyyat şöbələri də bu sahədə problemin ciddi olduğuna diqqət çəkir. Onların sözlərinə görə xüsusilə də kəndlərdə bir çox ailə rəsmi nikahsızdır.
Rəsmi nikahın olmaması gələcəkdə ailədə baş verə biləcək hər hansı bir neqativ hal zamanı da ciddi problemlərin yaranmasına səbəb olur. Arzu olunmasa da mümkün olan boşanma hallarında əmlak bölgüsü və ya alimentin alınmasında qadınlar ciddi problemlərlə qarşılaşır.
Rəsmi nikahın olmaması qeyr-rəsmi nikahdan doğulan uşaqların artmasına da səbəb olur. Bunu statistik rəqəmlər də sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24 min 38 nəfər olub. Uşaqlardan 9 min 411-i şəhər yerlərində, 14 min 627-i isə kənd yerlərində doğulub. Bu isə öz növbəsində sosial bir problemlərin yaranmsına gətirib çıxarır.
İlahiyyatçılar da dini nikahın sui-istifadə edilə bildiyini etiraf edir və cütlüklərin ailə ilə bağlı ciddiyyətini artırmaq üçün habelə sonrakı hüquqların təminatı üçün rəsmi nikahın vacib olduğunu vurğulayırlar. (xezerxeber.com)
[media=https://www.youtube.com/watch?v=Z4trEEPjYqA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.