“Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr?” – Deputatdan etiraz

18-06-2023, 09:24           
“Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr?” – Deputatdan etiraz
Millət vəkili, BQP sədri Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına aviabiletlərin satışında yaranmış problemləri sərt tənqid edib.

"AzPolitika.info" deputatın sosial şəbəkədəki qeydlərini təqdim edir:

"Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, artırın təyyarələrin sayını. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə kefindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var.

Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru