Paytaxtda obyektlər - BAHALAŞACAQ - VİDEO

19-06-2023, 11:55           
Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.

Buna səbəb bu və ya digər səbəbdən indiyə qədər tikilən və sənədləşdirilə bilməyən obyektlərin sənədləşmməsi prosedurlarının sadələşdirilməsidir.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, ölkə başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı fərmanı obyekt bazarına da təsir edəcək. Çünki indiyə qədər sənədi olmayan obyektlər bəzi hallarda dəyərindən ucuz satılırdı və ya sahibi satış prosesində bir sıra problemlə üzləşirdi.

Bundan başqa həmin obyektlər sənbədləşdikdən sonra sahiblərinin hüquqları da əmlak üzərində tam təmin ediləcək. O da bildirildi ki, bu fərman indiyə qədər tikilən obyektlərə şamil ediləcək

Ekspert bildirdi ki, bu fərman yaxın iki il ərzində ümumilikdə 40 minə yaxın obyektin sənədləşməsinə gətirib çıxaracaq.

(Xezerxeber.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru