İcbari sığorta elektronlaşdırılır - VİDEO

24-06-2016, 09:06           
İcbari sığorta elektronlaşdırılır - VİDEO
Sürücülər yaxın vaxtlarda avtomobillərini elektron qaydada icbari sığorta elətdirə biləcəklər
İcbari sığortanın elektron qaydada verilməsi üçün hazırlıqlar başa çatmaq üzrədir. İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib ki, yeni qaydanın tətbiqi oktyabrın 1-nə nəzərdə tutulub. O, icbari sığorta tariflərinin artırılıb-artırılmayacağı məsələsinə də münasibət bildirib. Sürücülər yaxın vaxtlarda avtomobillərini elektron qaydada icbari sığorta elətdirə biləcəklər. Bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib. İcraçı direktor avtomobillərin icbari sığortasının qiymətlərinin artırılıb-artırılmayacağı məsələsinə də münasibət bildirib. Elxan Quliyev "Audatex Azerbaijan" şirkətinin 5%-i həcmində iştirak payının İcbari Sığorta Bürosu tərəfindən alınması ilə bağlı danışıqlar aparıldığını da deyib.
Bu arada, bu gün öz işinə başlayan VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda ilk dəfə olaraq sığorta ombudsmanının yaradılması məsələsinin gündəmdə olduğu da bildirilib.
[media=https://www.youtube.com/watch?v=0xqI_TILWJ4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru