"Qısa müddətli dəqiq proqnoz yoxdur. Bütün dünya çalışır ki, zəlzələnin proqnozu yox, zəlzələyə davamlı binalar tiksinlər".
Cebhe.info xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirdiyi mətbuat konfransında deyib.
O, əhaliyə müraciət edərək, insanları yalan məlumatlara inanmamağa çağırıb:
"Ancaq rəsmi qurumların, Fövqəladə Hallar Nazirliyinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatını izləsinlər. Sosial şəbəkədə yayılır ki, filan saatda zəlzələ olacaq. Həmin məsələni yayan adam gedib oturub 65 kilometr dərinlikdə oradan telefonla məlumat yayır?"