“2-3 ildir ki, bizim dərdimizi dinləyən yoxdur” - Əkin sahələri susuz qalıb - VİDEO

5-07-2023, 11:24           
“2-3 ildir ki, bizim dərdimizi dinləyən yoxdur” -
“Kəndə gələn suyun keyfiyyəti çox aşağı olduğundan əkin sahələrimiz məhv olur. Bu il arpa əksək də, məhsuldarlıq yarıbayarı aşağı olub. Çünki bura toplanan yağış suyudur və əkinə yararsızdır. Bu suya görə, əkin sahələrimizin vəziyyəti günü-gündən pisləşir”.
Teref.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, bunları Ağdaş rayon Qaraoğlan kənd sakinləri ünvanladıqları videomüraciətdə bildiriblər.
Kənd sakinləri illərdir su problemlərinin olduğunu, lakin aidiyyatı qurumların məsələyə etinasız yanaşdığını bildirirlər:“Dəfələrlə Ağdaş Suvarma Sistemləri idarəsinin rəisi Əhliman Hacıyevə, onun müavini baş mühəndis Nofəl Məmmədova müraciət etmişik. Ancaq hər dəfəsində problemin tezliklə aradan qaldırılacağı vədləriylə bizi aldadıblar.
Ötən ilin oktyabr ayında Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşmüşük. O da söz vermişdi ki, problem qısa zaman ərzində aradan qaldırılacaq. Amma 2-3 ildir ki, bizim problemimizlə maraqlanan, dərdimizi dinləyən yoxdur”.
Kənd sakinləri sonda aidiyyatı qurumlara müraciət edərək, üzləşdikləri problemin qısa zaman ərzində aradan qaldırılmasını xahiş edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru